Qafqaz Müsəlmanları İdarəsi vətəndaşlara çağırış edib

Qafqaz Müsəlmanları İdarəsi vətəndaşlara çağırış edib

03.01.2026 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Həcc və Ümrə nazirliynin dünyadakı bütün Həcc missiyalarından Həccə qeydiyyat prosedurlarının erkən bitirilməsini ciddi şəkildə tələb edir. Belə ki, Ramazan ayının 1-dən vizaların verilməsi prosesinə start veriləcək və ay yarım ərzində yekunlaşacaq.

Bu barədə QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri bəyan edib.

Bildirilib ki, Həccə niyyətli olan vətəndaşlarımızdan yubanmadan gəlib qeydiyyata alınmaqları xahiş edilir.

“Kvotanın dolub-dolmamasından asılı olmayaraq sənədlərin qəbulu 15 fevral 2026-cı il tarixdə bitəcək”.

Share