Salyanda ağır yol qəzası-ölənlərin sayı 3-ə çatıb

Salyanda ağır yol qəzası-ölənlərin sayı 3-ə çatıb

05.01.2026 Off By Füzuli İsmayılov

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəzada ölənlərin sayı üçə çatıb.

APA -nın yerli bürosunun xəbərinə görə, onlar Sabirabad rayon sakinləri, 1965-ci il təvəllüdlü Vüqar İmanov və 1994-cü il təvəllüdlü Coşqun Məmmədov, qəzada xəsarət alaraq xəstəxanaya yerləşdirilən 2011-ci il təvəllüdlü Tərlan İmanovdur.

Xəsarət alanların Sabirabad rayon sakinləri, 1985-ci il təvəllüdlü Mirzağa Məmmədov, onun həyat yoldaşı 1983-cü il təvəllüdlü Pərvanə Məmmədova, qızları 2011-ci il təvəllüdlü Fatimə Məmmədli olduğu bildirilir.

Salyan Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, rayonun Noxudlu kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (2 qadın, 2 kişi) 05.01.2026-cı il tarixində saat 17:20 radələrində Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir, vəziyyətləri ağırdır.

Qeyd edilib ki, hadisə nəticəsində xəsarət alan 1 nəfərin (kişi) isə xəstəxanaya daxil olarkən həyat əlamətləri müşahidə olunmayıb.

Share