ABŞ vitse-prezidentinin Ohayo ştatındakı evinin pəncərələri sındırılıb

ABŞ vitse-prezidentinin Ohayo ştatındakı evinin pəncərələri sındırılıb

05.01.2026 Off By Füzuli İsmayılov

Naməlum şəxs ABŞ-ın vitse-prezidenti Ceyms Vensin Ohayo ştatının Sinsinnati şəhərindəki evinin pəncərələrini sındırıb. Bu barədə CNN məlumat yayıb.

Məlumata görə, hadisənin baş verdiyi vaxtda Vens və ailəsi evdə olmayıb.

Bildirilir ki, bir şübhəli şəxs saxlanılıb. Polis hesab edir ki, saxlanılan şəxs evə daxil olmayıb.

İstintaq davam edir, hadisənin motivi – vitse-prezident və ya onun ailəsinin hədəf alınıb-alınmadığı müəyyənləşdirilir.

Share