Xəzər dənizində 26 yaşlı gənc batıb

Xəzər dənizində 26 yaşlı gənc batıb

25.07.2026 Off By Füzuli İsmayılov

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112″ qaynar telefon xəttinə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən 1.5 kilometr aralı, dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirlikdən Hakimiyyet.info.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Axtarışlar nəticəsində dalğıclar tərəfindən 2000-ci il təvəllüdlü Hüseyinli Ümid Taməddin oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Share