“Neftçi”nin qadın futbol komandası Çempionlar Liqasında mübarizəni dayandırıb
25.07.2026“Neftçi”nin qadın futbolçulardan ibarət komandası UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində final oyununa çıxıb.
Hakimiyyet.info.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv 1-ci qrupun həlledici görüşündə Yunanıstanın PAOK komandası ilə üz-üzə gəlib.
Yunanıstanın Veria şəhərində təşkil olunan matç PAOK-un 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla meydan sahibləri II təsnifat mərhələsinə yüksəliblər. Bakı təmsilçisi isə turnirdə mübarizəni dayandırıb.
Qeyd edək ki, “Neftçi” yarımfinalda Monteneqronun “Buduçnost” kollektivini üstələmişdi.











