Kim Çen Inın bacısı: Şimali Koreya nüvə arsenalını təkmilləşdirəcək

Kim Çen Inın bacısı: Şimali Koreya nüvə arsenalını təkmilləşdirəcək

27.07.2026 Off By Füzuli İsmayılov

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Çen ölkəsinin nüvə potensialının davamlı şəkildə inkişaf etdiriləcəyini bildirib.

Hakimiyyet.info.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Kim Yo Çen regional nüvəsizləşdirmə çağırışlarını tənqid edərək, Şimali Koreyanın “məsuliyyətli nüvə dövləti” kimi statusunun dəyişməz olduğunu qeyd edib.

Onun sözlərinə görə, nüvə çəkindirici qüvvələr dövlət suverenliyinin qorunması və təhlükəsizliyin təmin edilməsi üçün əsas vasitədir. Kim Yo Çen ABŞ və müttəfiqlərinin siyasətini tənqid edərək, yaranan geosiyasi vəziyyətin Şimali Koreyanın müdafiə imkanlarını gücləndirməsinin zəruriliyini göstərdiyini bildirib.

Share