Böyük Britaniya “Stone Cloak” sisteminin texnologiyasını Ukraynaya verəcək
27.07.2026Böyük Britaniya “Stone Cloak” radioelektron müharibə sisteminin əsasını təşkil edən əqli mülkiyyət hüquqlarını Ukraynaya təhvil verəcək.
Hakimiyyet.info.az xəbər verir ki, bu barədə Böyük Britaniya Baş nazirinin ofisi məlumat yayıb.
Bildirilib ki, qərar Ukrayna Prezidenti Volodimir Zelenskinin iyulun 27-də Böyük Britaniyaya səfəri zamanı Britaniya hərbi dəniz bazasında elan olunacaq.
Məlumata görə, texnologiyanın ötürülməsi “Stone Cloak” sisteminin Ukraynada sənaye miqyasında istehsalına imkan yaradacaq. Planşet ölçüsündə olan elektron müharibə cihazı quraşdırıldığı pilotsuz uçuş aparatlarının aşkarlanmasının qarşısını almaq üçün nəzərdə tutulub. Böyük Britaniya Müdafiə Nazirliyi indiyədək bu sistemdən minlərlə ədədini Ukrayna Silahlı Qüvvələrinə təhvil verib.











