İsrail İordaniya ilə sərhəddə iki PUA zərərsizləşdirib

İsrail İordaniya ilə sərhəddə iki PUA zərərsizləşdirib

27.07.2026 Off By Füzuli İsmayılov

İsrail Müdafiə Qüvvələri (IDF) İordaniya ilə sərhəd yaxınlığında iki pilotsuz uçuş aparatının (PUA) zərərsizləşdirib.

Bu barədə IDF-in Mətbuat xidməti məlumat yayıb.

“İsrail Müdafiə Qüvvələri İordaniya ilə sərhəd yaxınlığında aşkar edilən iki pilotsuz uçuş aparatını zərərsizləşdirib. PUA-lar İsrail sərhədini keçməyib”, – deyə məlumatda bildirilir.

Hərbi qurumdan qeyd olunub ki, pilotsuz uçuş aparatlarının buraxıldığı yer müəyyənləşdirilir.

“Hava həyəcanı siqnalları prosedura uyğun olaraq aktivləşdirilməyib”, – deyə IDF-in Mətbuat xidməti əlavə edib.

Share