Laçında 1 tondan artıq çətənə kolu məhv edilib
27.07.2026Laçında 1,2 tondan artıq çətənə kolu məhv edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində rayonun Hoçaz kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.
Polis əməkdaşları tərəfindən ümumi çəkisi 1 ton 200 kiloqram olan 782 ədəd çətənə kolu yandırılaraq məhv edilib.











