Mədəniyyət nazirinin müavini: Attestasiya kadrların təlim ehtiyaclarını müəyyənləşdirir
28.07.2026Keçirdiyimiz attestasiyanın əsas mahiyyəti həmkarlarımızın peşə hazırlığını yoxlamaqdır və qiymətləndirmə zamanı yalnız müsbət tendensiyaları nəzərə alırıq. Eyni zamanda, proses vasitəsilə əlavə ixtisasartırmaya və ya təlimlərə ehtiyacın olub-olmadığını müəyyənləşdiririk. Bu səbəbdən bəzi kateqoriyadan olan iştirakçıların müvafiq təlimlərə göndərilməsini və ixtisasartırma proqramlarına cəlb olunmasını nəzərdə tuturuq.
Hakimiyyet.info.az xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov kitabxana sistemində İT mütəxəssislərinin attestasiyası ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bütün bunlar yekun statistika müəyyən edildikdən, attestasiya komissiyasının yekun rəyi və nəticələri elan olunduqdan sonra dəqiqləşdiriləcək.
“Komissiya tərəfindən verilən suallar əməkdaşların gündəlik fəaliyyətini, vəzifə təlimatını və peşə funksiyalarını əhatə edib”, – deyə nazir müavini əlavə edib.











