Əfqanıstanda son 4 ayda təbii fəlakətlər nəticəsində 351 nəfər həlak olub

Əfqanıstanda son 4 ayda təbii fəlakətlər nəticəsində 351 nəfər həlak olub

29.07.2026 Off By Füzuli İsmayılov

Əfqanıstanda son dörd ay ərzində daşqın və torpaq sürüşmələri nəticəsində 351 nəfər həlak olub, 436 nəfər yaralanıb.

Hakimiyyet.info.az xəbər verir ki, bu barədə Əfqanıstanın Milli Fəlakətlərin İdarə Edilməsi İdarəsi məlumat yayıb. Bildirilib ki, təbii fəlakətlər nəticəsində 2321 ev dağılıb, 8036 evə ziyan dəyib, 24 min 35 ailə zərər çəkib.

Həmçinin 644 kilometr kənd yolu yararsız vəziyyətə düşüb, 35 min 973 akr əkin sahəsi su altında qalıb.

Share