Pakistan ordusu antiterror əməliyyatlarında 32 silahlını zərərsizləşdirib

Pakistan ordusu antiterror əməliyyatlarında 32 silahlını zərərsizləşdirib

29.07.2026 Off By Füzuli İsmayılov

Pakistan təhlükəsizlik qüvvələri son 24 saat ərzində Xayber-Paxtunxva və Bəlucistan əyalətlərində keçirilən antiterror əməliyyatları zamanı 32 silahlını zərərsizləşdirib.

Hakimiyyet.info.az xəbər verir ki, bu barədə Pakistan Ordusunun Xidmətlərarası İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb. Bildirilib ki, Xayber-Paxtunxva əyalətinin Xayber rayonunda kəşfiyyat məlumatları əsasında keçirilən əməliyyatlarda 24, Bəlucistanın Nuşki rayonunda isə daha 8 silahlı zərərsizləşdirilib.

Məlumatda qeyd edilib ki, əməliyyatlar zamanı silah, sursat və əldəqayırma partlayıcı qurğular da aşkarlanaraq məhv edilib.

Share