Beş ayda 35 min 864 mənşə sertifikatı verilib
30.07.2026Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən cari ilin yanvar-may ayları ərzində 35 min 864 mənşə sertifikatı verilib.
Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, mənşə sertifikatı məhsulların keyfiyyət və təhlükəsizliyinin təminatı hesab edilməklə yanaşı, onların etibarlı mənbələrdən əldə olunduğunu, həmçinin beynəlxalq ticarət qaydalarına və idxalçı ölkənin tələblərinə uyğun şəkildə istehsal edildiyini təsdiqləyir.











