“AzərEnerji”nin ixrac gəlirləri 2 dəfəyədək artıb
30.07.2026Cari ilin yanvar-iyun aylarında “AzərEnerji” ASC 6,3 milyon dollar dəyərində məhsul ixrac edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,7 milyon dollar və ya 1,8 dəfə çoxdur.
Hakimiyyet.info.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın iyul sayında bildirilib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında “AzərEnerji” ASC-nin ixrac gəlirləri 3,6 milyon dollar olub.











