Pakistanda qarşıdurma nəticəsində 9 polis və 15 silahlı həlak olub
30.07.2026Pakistanın Xayber-Paxtunxva əyalətinin Hangu rayonunda polis məntəqəsinə silahlı hücum nəticəsində 9 polis əməkdaşı həlak olub.
Hakimiyyet.info.az Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, polis hücumun qarşısını alıb. Qarşıdurma zamanı 15 silahlı zərərsizləşdirilib, bir neçə nəfər yaralanıb.
Hazırda ərazidə təhlükəsizlik əməliyyatı davam etdirilir.











