Avrobondlar xarici dövlət borcu portfelinin 30 faizini təşkil edir
30.07.2026Cari il iyulun 1-nə Azərbaycanın xarici dövlət borcu portfelinin 30 faizini və ya 1 milyard 387,3 milyon dollar məbləğində hissəsini beynəlxalq maliyyə bazarında ticarət olunan xarici valyuta nominallı dövlət istiqrazları (avrobondlar) təşkil edir.
Hakimiyyet.info.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin məlumatında deyilir.
Bildirilir ki, hesabat tarixinə xarici dövlət borcu portfelinin 43,6 faizi hökumət adından çıxış edən Maliyyə Nazirliyi tərəfindən, 56,4 faizi isə digər icraçı qurumlar tərəfindən həyata keçirilən proqram və layihələr üzrə cəlb edilmiş öhdəliklərin payına düşür.
Xarici dövlət borcunun 59,8 faizi çoxtərəfli maliyyə institutları üzrə, 30 faizi avrobondlar üzrə, 10,2 faizi isə ikitərəfli maliyyə institutlarından cəlb edilmiş kreditlər üzrə öhdəliklərin payına düşür.











