Oman sahillərində ikinci tanker vurulub
01.08.2026Hörmüz boğazında Omanın sahillərində neft tankeri naməlum mərmi ilə vurulub. Bu, gün ərzində tankerin vurulması ilə bağlı ikinci hadisədir.
Hakimiyyet.info.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.
Bildirilib ki, hadisə Omanın Xasab şəhərindən təxminən 21 dəniz mili şimal şərqdə qeydə alınıb.
Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Bölgədəki sahil mühafizə qüvvələri məlumatlandırılıb, insidentlə bağlı araşdırma aparılır.
Xatırladaq ki, birinci hadisə Omanın Lima limanından təxminən 20 kilometr şimal-şərqdə qeydə alınıb.











