Xalq şairi Nəriman Həsənzadə sabah Fəxri xiyabanda dəfn ediləcək
01.08.2026Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi sabah, avqustun 2-də saat 11:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Vida mərasimindən sonra mərhum Xalq şairi Fəxri xiyabanda dəfn ediləcək.
Qeyd edək ki, Xalq şairi Nəriman Həsənzadə bu gün səhər saatlarında vəfat edib.











