Nazir: Türkiyədə baş verən meşə yanğınları tam nəzarət altına alınıb
02.08.2026İyulun 29-dan bəri Türkiyədə ümumilikdə 314 yanğın hadisəsi baş varib. Onlardan 192-Si meşədənkənar ərazidir. Hava və quru vasitələrimiz, eləcə də meşə qəhrəmanlarımızın alovlara qarşı apardıqları fasiləsiz və səmərəli mübarizə sayəsində bu yanğınların hamısı nəzarət altına alınıb.
Hakimiyyet.info.az xəbər verir ki, bu fikirləri Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı səsləndirib.
Bölgədə əsən güclü küləyin təsiri ilə alovla mübarizənin daha da çətinləşdiyini bildirən nazir yanğın riskinin hələ də davam etdiyini vurğulayıb.
İbrahim Yumaklı ölkənin müvafiq qurumlarının daim yüksək hazırlıq vəziyyətində fəaliyyətini davam etdirəcəyini deyərək, əhalini ehtiyatlı olmağa çağırıb.











