İyulun ikinci yarısında Elm və Təhsil Nazirliyinə 53 mindən çox vətəndaş müraciəti daxil olub

İyulun ikinci yarısında Elm və Təhsil Nazirliyinə 53 mindən çox vətəndaş müraciəti daxil olub

03.08.2026 Off By Füzuli İsmayılov

İyulun 15-dən 31-dək Elm və Təhsil Nazirliyi və tabeliyində olan qurumlara ümumilikdə 53 min 780 vətəndaş müraciəti daxil olub.

Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, daxil olan müraciətlərdən 9 447-si elektron qaydada, 2 360-ı yazılı formada, 34 min 923-ü Çağrı mərkəzləri vasitəsilə qəbul edilib. Bundan əlavə, 7 050 müraciət vətəndaş qəbulu zamanı qeydə alınıb.

Müraciətlər əsasən müəllimlərin işə qəbulu, peşə təhsili müəssisələrinə tələbə qəbulu, tələbələrin köçürülməsi prosesi, məktəbəqədər təhsil müəssisələrinə qeydiyyat və digər məsələlərlə bağlı olub.

Share