Son səkkiz ildə Türkiyədə kitabxanaların ümumi istifadə sahəsi üç dəfəyədək artıb
04.08.2026Türkiyədə kitabxanaların ümumi istifadə sahəsi son 8 ildə 320 min kvadratmetrdən təxminən 900 min kvadratmetrə çatdırılıb. Bu göstərici ölkənin respublika tarixində qeydə alınan ən yüksək səviyyədir.
Hakimiyyet.info.az xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Şırnak Vilayət Xalq Kitabxanasının açılış mərasimində bildirib. Nazirin sözlərinə görə, eyni dövrdə xalq kitabxanalarının üzvlərinin sayı 2,8 milyondan 7,2 milyona, istifadəçilərin sayı isə 28 milyondan 39,2 milyona yüksəlib.
Mehmet Nuri Ersoy qeyd edib ki, əldə olunan göstəricilər kitabxana infrastrukturunun genişləndirilməsi və xidmətlərin əlçatanlığının artırılması istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir.











