Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər xəsarət alıb
04.08.2026Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “VAZ-2107” markalı minik avtomobili “KamAZ” markalı yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində Səlim Elçin oğlu Əliyev, Elçin Nizami oğlu Vəliyev və Vüqar Qafar oğlu Ələsgərov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Naxçıvan Muxtar Respublikası Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.











