ABŞ Prezidenti: Tezliklə müharibə bitəcək

ABŞ Prezidenti: Tezliklə müharibə bitəcək

07.08.2026 Off By Füzuli İsmayılov

ABŞ prezidenti Donald Tramp ABŞ-nin İrana qarşı hərbi əməliyyatının tezliklə başa çata biləcəyini bildirib.

Hakimiyyet.info.az xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən, neft qiymətlərinin “müharibə bitdikdə” düşəcəyini gözlədiyini vurğulayıb.

“Düşünürəm ki, müharibə tezliklə bitəcək. Mən danışıqlarda iştirak edirəm. Düşünürəm ki, biz yaxşı iş görürük”, – deyə o əlavə edib.

Donald Tramp ABŞ və İran arasında razılığın əldə olunması ehtimalına da toxunaraq vurğulayıb ki, bu, tezliklə baş verə bilər.

Share