Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb
07.08.2026Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Soltankənd–Zəhmətabad avtomobil yolunda qeydə alınıb. İlkin məlumata görə, avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində təxminən 50 metrlik hündürlükdən aşıb.
Qəza zamanı avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.











