Tovuzda törədilən qətlin təfərrüatları məlum olub
07.08.2026Tovuzda güllələnərək qətlə yetirilən şəxsin kimliyi məlum olub.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, qətlə yetirilən şəxsin 1961-ci il təvəllüdlü Məlahət İsayeva olduğu bildirilir.
İlkin məlumata görə, qətl onun qardaşı oğlu – 1997-ci il təvəllüdlü Ülvi İsayev tərəfindən törədilib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən Ülvi İsayev saxlanılaraq istintaqa təhvil verilib.
14:13
Tovuzda güllələnmə hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Əlimərdanlı kəndində yerləşən fermada qeydə alınıb. Fermada bir nəfər güllələnərək qətlə yetirilib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır.











