İmişlidə bir nəfər Araz çayında boğulub
09.08.2026İmişli rayonunda Araz çayında bədbəxt hadisə baş verib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə günorta saatlarında çayın Şahverdili və Göbəktala kəndləri ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Elgün Həsənov çayda çimərkən boğulub.
Faktla bağlı araşdırma aparılır.











