Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

09.08.2026 Off By Füzuli İsmayılov

Avqustun 10-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Bu barədə AZƏRTAC-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Cəbrayıl, Goranboy, Naftalan, Daşkəsən, Mingəçevir, Cəlilabad, Biləsuvar, Hacıqabul, Xaçmaz, Siyəzən, Şabran, Qusarda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Share