Füzulidə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Füzulidə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

10.08.2026 Off By Füzuli İsmayılov

Füzuli rayonunda minik avtomobilinin ağaca çırpılması nəticəsində xəsarət alanlar olub.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, yol-nəqliyyat hadisəsi ötən gün rayon ərazisində baş verib.

Belə ki, hərəkətdə olan “Hyundai” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı şam ağacına çırpılıb.

Qəza zamanı avtomobilin sürücüsü və sərnişinləri xəsarət alıblar. Yaralılar təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Share