Rusiyanın Kamçatka sahillərində bir həftə ərzində 15 zəlzələ baş verib
10.08.2026Seysmoloqlar ötən həftə Kamçatka sahillərində baş vermiş 15 ən nəzərəçarpan zəlzələni qeydə alıblar.
Bu barədə bazar ertəsi Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb.
“Avqustun 3-dən 9-dək 15 hiss olunmayan seysmik hadisə qeydə alınıb”, – deyə məlumatda bildirilir.
FHN-in məlumatına görə, ötən sutka ərzində Kamçatka yaxınlığında bir zəlzələ baş verib. Zəlzələ yaşayış məntəqələrində hiss olunmayıb.











