Ağstafada kişi meyiti aşkarlanıb
11.08.2026Ağstafa rayonu ərazisində kişi meyiti tapılıb.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə meyit rayonun Həsənsu kəndində qəbiristanlığın yaxınlığında aşkarlanıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Araşdırma zamanı meyiti aşkarlanan şəxsin rayon sakini, 1980-ci il təvəllüdlü Z.Yolçiyev olduğu müəyyənləşdirilib. Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxsinin Ağstafa rayon şöbəsinə təhvil verilib.
Ölümün səbəbi hələlik məlum deyil. Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.











