Paytaxtın bu ərazilərinə elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Paytaxtın bu ərazilərinə elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

11.08.2026 Off By Füzuli İsmayılov

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 11-də paytaxtda bir sıra Transformator Məntəqələrində (TM) təmir-təftiş işləri aparılacaq.

“Azərişıq” ASC-dən AZƏRTAC-a bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən İnşaatçılar prospekti, Fəridə Abbasova və Muxtar Maniyev küçələrinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Nərimanov RETSİ-nə daxil olan Ziya Bünyadov prospekti və Aşıq Molla Cümə küçəsinin bəzi ərazilərində saat 09:00-dan 13:00-dək enerjinin verilişində fasilə yaranacaq.

Görülən işlər yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Share