Dövlət Əmək Müfəttişliyi Xidməti yeddi ayda 27 min müraciəti cavablandırıb

Dövlət Əmək Müfəttişliyi Xidməti yeddi ayda 27 min müraciəti cavablandırıb

11.08.2026 Off By Füzuli İsmayılov

Bu ilin yanvar-iyul ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olan 27 min müraciət müvafiq qaydada cavablandırılıb. Onlardan 13 min 846-sı əmək hüquqlarının pozulması ilə bağlı müraciət, 13 min 154-ü isə sorğu və məktubdur.

Bu barədə AZƏRTAC-a Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib. Bildirilib ki, bundan əlavə, Xidmətin rəhbər vəzifəli şəxsləri və əməkdaşları tərəfindən fərdi qaydada qəbul edilən vətəndaşların sayı 6 min 865 nəfər olub.

Müraciətlər əsasən topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, tikinti, emal sənayesi, yaşayışın təşkili və ictimai iaşə, nəqliyyat və digər sahələrlə bağlı olub. Hər bir müraciət qanunvericiliyin tələbləri əsasında cavablandırılıb, sorğu xarakterli müraciətlərə isə müvafiq izahatlar verilib.

Share