Binə və Nardaran qəsəbələrinin bəzi küçələrinin təbii qaz təchizatında fasilə yaranıb
11.08.2026Təmir-quraşdırma işləri ilə əlaqədar avqustun 11-də saat 10:00-dan işlər yekunlaşanadək Binə qəsəbəsinin Ə.İsazadə küçəsinin, Nardaran qəsəbəsinin Abşeron, Ə.Tağıyev, M.İbrahimov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Bu barədə AZƏRTAC-a “Azəriqaz” İB-dən bildirilib.











