Ağstafada iki avtomobil toqquşub, xəsarət alan var
12.08.2026Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub.
Qəza zamanı 2007-ci il təvəllüdlü E.Fərəcov, B.Həsənov və T.Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara dərhal tibbi yardım göstərilib, hazırda yaralıların vəziyyəti orta ağır qiymətləndirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.











