Ukrayna ordusu Rusiyanın Novorossiyskdəki hərbi-dəniz bazasına zərbələr endirib

Ukrayna ordusu Rusiyanın Novorossiyskdəki hərbi-dəniz bazasına zərbələr endirib

12.08.2026 Off By Füzuli İsmayılov

Ukrayna ordusu Qara dənizdə Rusiya Hərbi Dəniz Qüvvələrinin son əsas dayağı olan Novorossiyskdəki hərbi-dəniz bazasına zərbə endirib.

Hakimiyyet.info.az bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin sosial media paylaşımına istinadla xəbər verir.

Prezident yazıb: “Bu gecə Ukrayna Müdafiə Qüvvələri cəbhə xəttindən 300 kilometrdən çox məsafədə, Qara dənizdə Rusiya Hərbi Dəniz Qüvvələrinin son əsas dayaq məntəqəsi olan Novorossiyskdəki hərbi-dəniz bazasına zərbə endirmək üçün unikal əməliyyat həyata keçirib”.

Zelenski vurğulayıb ki, “Palyanitsa” reaktiv dronları, “Neptun” raketləri və pilotsuz dəniz sistemləri konkret hədəflərə qarşı istifadə edilib. Hava hücumundan müdafiə mövqelərinə, körpülərə və dəniz limanı infrastrukturuna zərbələr endirilib.

Dövlət başçısı əməliyyatın dəqiqliyinə və nəticələrinə görə Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinə, Ukrayna Təhlükəsizlik Xidmətinə və kəşfiyyat zabitlərinə təşəkkür edib. “Rusiyanın təcavüzü davam etdiyi müddətcə işğal donanması və onu dəstəkləyən bütün infrastruktur təhlükəsiz olmayacaq. Müharibə dayandırılmalıdır və bütün ağlabatan diplomatik təkliflər masadadır”.

Share