İrakli Kobaxidze: Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji əlaqələrin daha da gücləndirilməsi vacibdir

İrakli Kobaxidze: Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji əlaqələrin daha da gücləndirilməsi vacibdir

12.08.2026 Off By Füzuli İsmayılov

Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji, o cümlədən rabitə sahəsində əlaqələrin daha da gücləndirilməsi çox vacibdir və hökumət buna nail olmaq üçün əlindən gələni edir.

Hakimiyyet.info.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidzr jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, Avropa İttifaqı elektrik tranziti və sualtı kabel layihələri üzrə ekspertlər tərəfindən hazırlanan sənədi qəbul edərkən, Qara dəniz sualtı kabeli ümumi maraq doğuran layihələr siyahısına daxil edilib.

“Bizim həm Azərbaycan, həm də Türkiyə ilə çox yaxşı dinamikamız var və biz bu istiqamətdə fəal şəkildə işləməyə davam edəcəyik” – deyə o vurğulayıb.

Share