“Neftçi”dən ayrılan futbolçu Tunis klubu ilə müqavilə imzalayıb

“Neftçi”dən ayrılan futbolçu Tunis klubu ilə müqavilə imzalayıb

13.08.2026 Off By Füzuli İsmayılov

“Neftçi” futbolçusu İmad Fərəclə yollarını ayırıb.

Hakimiyyet.info.az xəbər verir ki, hücuma meyilli yarımmüdafiəçi Tunisin “Esperans” klubuna keçib. Bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, ötən gün Tunisə yollanan Mərakeşəsilli fransalı vingerlə rəsmi müqavilə imzalanıb. Transferin yaxın vaxtlarda klub tərəfindən açıqlanacağı gözlənilir.

İddiaya görə, “Esperans” 27 yaşlı oyunçu üçün Azərbaycan klubuna təzminat ödəyəcək.

Xatırladaq ki, 2025-ci ilin yayında “Neftçi”yə keçən İmad Fərəc Bakı klubunun heyətində 31 oyuna 7 qol vurub.

Share