“Fitch” Mərkəzi Bankın tənzimləyici islahatlarını müsbət qiymətləndirib
13.08.2026“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan Mərkəzi Bankının (AMB) bankların Bazel III standartlarına uyğunlaşması ilə bağlı tənzimləyici islahatlarını müsbət qiymətləndirib.
AMB-dən AZƏRTAC-a bildirilib ki, agentliyin 2026-cı il 11 avqust tarixli qiymətləndirməsində müvafiq tədbirlərin bankların dayanıqlığını gücləndirəcəyi bildirilir.
“Fitch” qeyd edir ki, Mərkəzi Bankın “2024–2026-cı illərdə maliyyə sektorunun İnkişaf Strategiyası”nda yer almış bankların kapital tələbləri tənzimləmə yanaşmalarını beynəlxalq standartlara daha da yaxınlaşdırır. Yeni tələblərə uyğunluğun 2027-ci ilin yanvar ayından etibarən təmin edilməsi nəzərdə tutulur.
Agentlik sistem əhəmiyyətli banklar üzrə kapital tələblərinin (əlavə 1-4 faiz kapital buferi) diferensial şəkildə müəyyənləşdirilməsini, bütövlükdə, bank sisteminin sabitliyini müsbət amil kimi qiymətləndirir.
Dəyişikliklər, eyni zamanda, bankların mümkün itkiləri qarşılamaq potensialını gücləndirən I dərəcəli kapital (AT1) alətlərinin tənzimləyici çərçivəyə daxil edilməsini ehtiva edir. Bununla yanaşı, kapitalın keyfiyyətinə dair tələblər beynəlxalq standartlara daha da uyğunlaşmanın təmin edilməsinə xidmət edir.











