ABŞ-nin sutkalıq neft hasilatı 13,8 milyon bareldir

ABŞ-nin sutkalıq neft hasilatı 13,8 milyon bareldir

13.08.2026 Off By Füzuli İsmayılov

Birləşmiş Ştatların gündəlik xam neft istehsalı ötən hesabat həftəsində cüzi artıb.

Hakimiyyet.info.az ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına istinadla xəbər verir ki, Birləşmiş Ştatların neft hasilatı min barel artaraq sutkada orta hesabla 13 milyon 805 min barel səviyyəsində olub.

Keçən həftə ABŞ-nin neft idxalı əvvəlki həftəyə görə 1 milyon 140 min barel artaraq sutkalıq 7 milyon 339 min barel, neft ixracı isə əvvəlki həftə ilə müqayisədə 627 min barel azalaraq gündəlik 3 milyon 58 min barel təşkil edib.

EIA-nın proqnozuna görə, cari ildə Birləşmiş Ştatların neft hasilatının gündəlik orta hesabla 13 milyon 800 min barel olacağı gözlənilir.

Share