Siyəzəndə restoran yanıb
17.08.2026Siyəzən rayonunun Zarat kəndi ərazisində restoran yanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Siyəzən şəhər sakini Kərimov Qorxmaz Etibar oğluna məxsus ictimai iaşə obyektində baş verən yanğın zamanı xəsarət alan olmayıb.
Bakı-Quba yolunun kənarında yerləşən restoranın söndürülməsi üçün əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar. Yanğın söndürülüb, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın nəticəsində ictimai iaşə obyekti tamamilə yararsız vəziyyətə düşüb.
Faktla bağlı araşdırma aparılır.











