“Neftçi” Azərbaycan Premyer Liqasındakı uğursuz start seriyasına son qoyub

“Neftçi” Azərbaycan Premyer Liqasındakı uğursuz start seriyasına son qoyub

17.08.2026 Off By Füzuli İsmayılov

“Neftçi” Azərbaycan Premyer Liqasındakı uğursuz start seriyasına son qoyub.

Hakimiyyet.info.az xəbər verir ki, ardıcıl üç mövsümə qələbəsiz başlayan Bakı klubu I turda “Sumqayıt”a qalib gəlib – 3:1.

“Ağ-qaralar” sonuncu dəfə 2022/2023-cü illər mövsümünə qələbə ilə başlamışdı. Həmin vaxt “Neftçi” səfərdə “Şamaxı”nı 1 qolla məğlub edib.

“Neftçi”nin ilk turda ən azı 3 qol vurması isə sonuncu dəfə 2013/2014-cü illər mövsümündə qeydə alınmışdı. 13 il əvvəl paytaxt derbisində AZAL üzərində böyükhesablı ev qələbəsi əldə olunub – 4:1.

“Ağ-qaralar” startdakı səfər görüşündə 3 və ya daha çox qol vurmağı sonuncu dəfə 25 il əvvəl bacarmışdı. 2001/2002-ci illər mövsümündə “Ümid”in qonağı olan “Neftçi” 4 cavabsız qolla qalib gəlib.

Share