Kənar Dairəvi yolda qəza olub, Bakı-Sumqayıt şosesi istiqamətində nəqliyyat sıxlığı yaranıb
17.08.2026Paytaxtın Qaradağ rayonu ərazisində Kənar Dairəvi yolda yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, qəza səbəbindən Bakı-Sumqayıt şosesi istiqamətində nəqliyyat sıxlığı yaranıb.
Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.











