Rusiya regionları üzərində 205 PUA vurulub, altı nəfər həlak olub

Rusiya regionları üzərində 205 PUA vurulub, altı nəfər həlak olub

17.08.2026 Off By Füzuli İsmayılov

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri gecə ərzində ölkənin regionları üzərində Ukraynaya məxsus 205 pilotsuz uçuş aparatını məhv edib.

Hakimiyyet.info.az xəbər verir ki, Belqorod vilayətinin Valuyki şəhər dairəsinin Koloskovo kəndinin raket atəşinə tutulması nəticəsində altı nəfər həlak olub, daha dörd nəfər, o cümlədən 14 yaşlı uşaq yaralanıb.

Yaralananlardan ikisinə tibbi yardım göstərilib və onlar xəstəxanaya yerləşdirilməkdən imtina ediblər. Biri uşaq olmaqla daha iki nəfər Valuyki xəstəxanasına çatdırılıb.

Zərbə endirilən ərazidə əlavə təsərrüfat tikilisi yanıb, minik avtomobilinə ziyan dəyib.

Share