Sabahın hava proqnozu açıqlanıb
18.08.2026Avqustun 19-da Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.
Bu barədə AZƏRTAC-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd edilib ki, havanın temperaturu gecə 22-25°, gündüz 29-33° isti olacaq. Atmosfer təzyiqi 756 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 faiz, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24°, gündüz 32-37° isti, dağlarda gecə 12-17°, gündüz 20-25° isti olacaq.











