Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb

Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb

18.08.2026 Off By Füzuli İsmayılov

Bu ilin yanvar-iyul aylarında qızıl istehsalı 12,1 faiz azalaraq 1637,4 kiloqram təşkil edib.

Hakimiyyet.info.az  Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadla xəbər verir ki, avqustun 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında qızıl üzrə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz azalaraq 162,5 kiloqram olub.

Hesabat dövrü ərzində gümüş istehsalı 15 faiz azalaraq 2154 kiloqram təşkil edib.

Avqustun 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında gümüş üzrə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq 600,4 kiloqram qeydə alınıb.

Share