Avropa Kuboku: Azərbaycan klubunun APOEL-lə oyunlarının məkanı bəlli olub
18.08.2026Qadın həndbolçulardan ibarət “Kür” komandasının Avropa Kubokunun II mərhələsində Kiprin APOEL klubu ilə keçirəcəyi oyunların yeri məlum olub.
Bu barədə AZƏRTAC-a klubun idman direktoru və baş məşqçisi Fuad Yanqildin məlumat verib.
Onun sözlərinə görə, hər iki qarşılaşma Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq.
Qeyd edək ki, oyunlar bu ilin oktyabr ayında keçiriləcək.











