Cəlilabadda sükan arxasında ürəktutma keçirən sürücü ölüb
19.08.2026Cəlilabad rayonunda sükan arxasında ürəktutma keçirən sürücü ölüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Cəlilabad-Soltankənd avtomobil yolunda baş verib. Belə ki, Cəlilabad şəhər sakini, 53 yaşlı Sakit Abdinov idarə etdiyi VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən qəfildən ürəktutma keçirib.
Nəticədə sürücünün idarəetməsindən çıxan avtomobil yoldan kənara çıxaraq yol kənarına düşüb. Sakit Abdinov həyatını itirib.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.











