Peşə təhsili müəssisələrinə tələbə qəbulunun ikinci mərhələsi başlayır
19.08.2026Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinə başlanılır.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qeydiyyat prosesi “portal.edu.az” platforması üzərindən avqustun 27-dən sentyabrın 3-dək həyata keçiriləcək.
Namizədlər qeydiyyat zamanı müvafiq peşə təhsili müəssisələri və ixtisaslar üzrə seçimlərini həyata keçirə bilərlər.











