Masazırda kişi qətlə yetirilib, arvadı saxlanılıb

Masazırda kişi qətlə yetirilib, arvadı saxlanılıb

19.08.2026 Off By Füzuli İsmayılov

Abşeron rayonunun Masazır qəsəbəsində kişi qətlə yetirilib, arvadı saxlanılıb.

Hakimiyyet.info.az-in məlumatına görə, hadisə avqustun 19-da saat 12:00 radələrində baş verib.

Belə ki, 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimov kəsici-deşici alətlə qətlə yetirilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən mərhumun arvadı, 1983-cü il təvəllüdlü A. Əliyeva saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Share