Astaranın üç kəndində qaz təchizatı dayandırılacaq

Astaranın üç kəndində qaz təchizatı dayandırılacaq

19.08.2026 Off By Füzuli İsmayılov

Avqustun 20-də saat 10:00-dan etibarən Astara rayonunun Təngərüd, Maşxan və Lələkəpeştə kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, qaz təchizatının dayandırılması payız-qış mövsümünə hazırlıq işlərinin aparılması ilə əlaqədardır.

Məhdudiyyət işlər yekunlaşanadək davam edəcək.

Share